“Müsəlman Qardaşları”nın daha 12 üzvü edam olunacaq
951 dəfə baxılıb
APA-nın “Russia Today”-a istinadən verdiyi xəbərə görə, Misir məhkəməsi “Müsəlman Qardaşları”nın 12 üzvü haqda edam hökmü çıxarıb.Bu şəxslər ötən il baş verən qarşıdurmalar zamanı Giza şəhərinin polis rəisinin müavini Nəbil Fəracı qətlə yetirməkdə ittiham olunurlar.
Qeyd edək ki, Misir məhkəməsi “Müsəlman qardaşları” hərəkatının yüzlərlə üzvü, o cümlədən hərəkatın lideri Məhəmməd Bedii barəsində də ölüm hökmü çıxarıb.
“Müsəlman qardaşları”nın liderlərindən biri, Misirin hazırda həbsdə olan sabiq prezidenti Məhəmməd Mursi haqqında məhkəmə qərarı hələlik açıqlanmayıb.
Sələf Xəbər: Məşhur alim şeyx Salih Əli Şeyx (Allah onu qorusun) “Müsəlman Qardaşlar” təriqətinin hədəfləri barədə bunları deyib: “Onların çağırışının hədəfi – dövlətlətçiliyə nail olmaqdır (dövlətdə hakimiyyəti əldə etmək). İnsanları Böyük və Uca Allahın cəzasından qurtarmağa, Onun rəhmətinə nail olmağa gəldikdə isə… İnsanları qəbir əzabından və Cəhənnəm cəzasından xilas edəcək, onları Cənnətə aparacaq və ona yaxınlaşdıracaq əməllərə yönəltməyə – onda yox! Buna onlar çox az diqqət ayırırlar, və buna böyük əhəmiyyət vermirlər”.
Başqa görkəmli İslam alimi, mərhum Məhəmməd Nəsrəddin Əl-Albani (Allah ona rəhmət etsin) demişdir: ““Müsəlman qardaşlar” hərəkatı Əhli Sünnəyə aiddir demək yanlışdır, çünki onlar sünnəyə qarşı çıxırlar”. (“Təbliq” və “İxvan əl-muslimun” haqqında mühazirənin audioyazısından, Ər-Riyad, “Minhəc əs-sünnə” səsyazma studiyası).