“Müsəlman qardaşlar”ının fəaliyyəti rəsmən dayandırıldı
973 dəfə baxılıb
“Sələf Xəbər” “İTAR-TASS”-a istinadla xəbər verir ki, Misirin Ali İnzibati Məhkəməsi “Müsəlman qardaşlar”ın siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının ləğv edilməsi haqqında yekun qərar çıxarıb.
Əslində partiya fəaliyyətini 2013-cü ilin noyabrında dayandırmışdı.
O vaxt Ali Hakimlər Kollegiyası onun ləğv edilməsini tövsiyə etmişdi.
Misir qanunlarına əsasən, dini prinsiplər üzrə partiya yaratmaq yolverilməzdir.
Sələf Xəbər: XX-ci əsrin görkəmli alimi mərhum Əbdül Əziz bin Bəz (Allah ona rəhmət etsin) demişdir: “Elm sahibləri “Müsəlman Qardaşlar” hərəkatını tənqid edir. Çünki onlar Allahın birliyinə dəvət yönündə fəaliyyət göstərmir, həmçinin şirk və (dində) bidətə qarşı çıxmır.
Onların özünəməxsus metodları var, hansılar ki, dinə dəvəti zəiflədir, və Əhli Sünnə vəl Cəmaanın düzgün əqidəsinin yayılmasına mane olur. Daha yaxşı olardı ki, onlar insanları tövhidə çağırsın, qəbirlərə sitayiş etməkdən və onlara ümid bağlamaqdan, Hüseyn, Həsəndən və başqa vəfat etmiş şəxslərdən kömək istəməkdən, və buna oxşar əməllərdən çəkindirsin, beləliklə də, sələfi dəvətini yaysın. Bu əqidənin yayılmasının qeydinə qalmaq mütləqdir. Onlar “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur” (şəhadətinə) çağırmalıdır, bu dinin əsasıdır.
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Məkkədə insanları ilk növbədə təkallahlığa, yəni “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur” (şəhadətinə) çağırırdı. Buna görə elm sahiblərinin əksəriyyəti “Müsəlman Qardaşlar” hərəkatının fəaliyyətini tənqidə məruz qoydu, çünki onlar tövhidə dəvətə lazımi diqqət ayırmırdılar, insanları böyük şirk olan qəbirlərə sitayişdən, ölülərdən kömək istəməkdən, qəbirlərdə qurban kəsməkdən və cahil insanların dinə gətirdiyi bidət olan şirkin başqa növlərindən çəkindirmirdilər. Həmçinin onlar saleh sələflərin etdiyi kimi Allahın Elçisinin (Allahın ona salavat və salamı olsun) Sünnəsi ilə getmədiklərinə, hədislərə lazımi diqqət yetirmədiklərinə və şəriət hökmlərinə riayət etmədiklərinə görə tənqidə məruz qalmışlar. Onlardan eşitdiyim başqa hərəkətlər də var, hansılara görə bu hərəkat tənqidə məruz qalır”. (“Məcəllə” jurnalı 806).