Müsəlmana ləğv edilmiş namaza görə kompensasiya ödənilib
758 dəfə baxılıb
Müsəlman bir ailə Nyu York şəhərində Empire State Building binasından zorla çıxarıldığı və mənəvi təhqirə məruz qaldığı üçün məhkəmə tərəfindən açdığı təzminat davasını udub.
“Sələf Xəbər”in İslamnews.ru-ya istinadən məlumatına görə, Fəhəd və Əminə Tirmizi adlı ər-arvad öz iki övladı ilə birlikdə Empire State Building binasında gəzintidəymişlər. Ailə üzvləri axşam namazı vaxtı çatanda namazlarını qılmaq üçün göydələnin 86-cı mərtəbəsində Rəsədxananın tənha bir küncünə çəkiliblər. Qadın namazını qıldıqdan sonra onun həyat yoldaşı da namaz qılmaq istəyib. Elə bu vaxt binanın mühafizə xidməti işçiləri ona kobud şəkildə təzyiq göstərməyə, itələməyə başlayaraq binadan çıxartmağa çalışıblar. Nəticədə, ailə uşaqları ilə birlikdə zorla binadan çıxarılıb.
Tirmizi ailəsi binanın idarə rəhbərliyini məhkəməyə şikayət edərək iddia qaldırıb və davanı udub. Onlara vurulan mənəvi ziyan üçün ailənin nə qədər təzminat istəməsi açıqlanmasa da ilkin məlumatlara görə, iddiaçıların 5 milyon dollar məbləğində kompensasiya tələb etdiyi məlum olub.
Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)