Müsəlmanlar ABŞ prezidentinə çağırış edib
Aprel 21
18:31
2015
701 dəfə baxılıb
ABŞ Müsəlman Təşkilatları Şurası (USCMO) 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb.
“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, Amerika müsəlmanları dini və siyasi liderləri bu məsələ ilə bağlı açıqlama verərkən balansı qorumağa və türklərin də başına gətirilən hadisələrə qiymət verməyə çağırıb.
Təşkilat, eyni zamanda Prezident Barak Obamanı 24 apreldəki çıxışı zamanı “soyqırım” sözündən istifadə etməməyə çağırıb və bu addımın Türkiyə ilə əlaqələrə çox ciddi şəkildə zərər verəcəyini bildirib.
Sələf Xəbər: Ermənilər vəhşiliklərini asanlıqla başqalarının üstünə atmaqdan ötrü hər vasitəyə əl atırlar. Ötən əsrdə onlar tərəfindən 2 milyona yaxın günahsız azərbaycanlı və türk qətlə yetirilib. Ermənilərin törətdikləri Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Və düşmən bu gün də əməllərini ört-basdır etmək üçün öz məkirli niyyətini, hiyləgər siyasətini yeridir.
İnanırıq ki, Allah-Təala onların yalanlarını ifşa etməkdə yardımçımız olacaq.