Müsəlmanlar alman polisinin işgəncəsinə məruz qalıb
738 dəfə baxılıb
Miqrantlara qarşı barbarlıq…
Almaniyada müsəlman mqirantlara qarşı işgəncələr kütləvi hal almaqdadır.
“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, belə bir hal Hannover şəhərində yaşanıb. Əfqanıstan və Mərakeşdən gələn gənclər alman polisinin hücumuna məruz qalıb.
Yayılan məlumatlara görə, hadisə miqrantların həbs edilərək, polis bölməsinə gətirilməsindən sonra baş verib. Polis hadisə ilə əlaqədar sosial şəbəkədə şərh yazıb və bir neçə şəkil paylaşıb: “Barmağımı burnuna soxdum, boğazını sıxdım. Çox gülməlidi. Ayağındakı qandallardan çəkərək bölmədə sürüklədim. Bundan həzz alırdım. Hətta onlara zorla donuz əti də yedizdirdim”.
Hannover prokurorluğu faktla bağlı yeddi polis əməkdaşı haqqında istintaqa başlayıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)