Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Müsəlmanlar təcili İstanbula toplaşır – Qüds müzakirəsi

Dekabr 06
16:52 2017

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin fövqəladə iclası keçiriləcək.

Selefxeber.azTrend”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlama verib.

Onun sözlərinə görə, iclasda ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı müzakirə olunacaq.

İ.Kalın vurğulayıb ki, ABŞ-ın bu qərarı beynəlxalq hüquqa ziddir: “ABŞ bundan imtina etməlidir, çünki Qüds bütün dünya müsəlmanları üçün “qırmız xətt” təşkil edir”.

O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın bu planını bəzi müsəlman ölkələrinin rəhbərləri ilə müzakirə edib.

Digər xəbərlər