Müsəlmanlar təyyarələrdən endirilir
779 dəfə baxılıb
Parisdəki terror hücumlarından sonra bir çox ölkələrdə, xüsusən ABŞ hava limanlarında müsəlman sərnişinlərə qarşı qərəzli mövqe nümayiş olunur.
“Sələf Xəbər”in Rusiya mediasına istinadən məlumatına görə, ötən həftə Çikaqo şəhərinə uçmağa hazırlaşan “SouthwestAirlines” şirkətinin təyyarələrindən birində sərnişinlərdən biri ərəbcə danışan digər 2 sərnişinin təyyarədən endirilməsini tələb edib. Əvvəlcə hava limanı əməkdaşları müsəlmanlardan təyyarəni tərk etmələrini istəsə də sərnişinlər polis çağıraraq təyyarədə qalmağı bacarıblar.
Buna oxşar daha bir hadisə isə Baltimorda baş verib. 3 kişi və 1 qadın olmaqla 4 müsəlman sərnişin “SpiritAirlines” şirkətinə məxsus təyyarədən endirilib. Təyyarədə müsəlmanlar olduğunu görən sərnişinlərdən biri hay-küy salaraq onların təyyarədən endirilməsinə nail olub. Lakin sonradan insident həll olub və müsəlman sərnişinlər həmin xətt üzrə uçan digər bir təyyarəyə nəql ediliblər.
Həmçinin, ötən həftə Amerika Birləşmiş Ştatlarının ən qədim müsəlman gənclər təşkilatlarından birinin prezidenti sərnişinlərdən birinin əsassız şikayəti üzrə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Çox güman ki, gənclər təşkilatı prezidentinin Pakistan milli kişi geyimində olması sərnişinin narahatlığına səbəb olub.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 120-ci ayə)
“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər.” (Bax “Təfsir Əs-Saadi”)