Müsəlmanlara dəhşətli zülm: Başlarını kəsirlər, diri-diri yandırırlar
Sentyabr 04
17:27
2017
1. 506 dəfə baxılıb
Myanmada müsəlmanların dəhşətli soyqırımı davam edir.
Selefxeber.az xəbər verir ki, “Oxu.Az”ın xarici KİV-ə istinadən məlumatına görə, Arakan bölgəsində son günlərdə 100 mindən çox vətəndaş yurdundan qovulub.
Buddistlər müsəlmanların kəndlərini mühasirəyə alıblar. Bu adamlar Myanma hökumətinə məktub yazıb məsum olduqlarını bildirərək, mühasirənin qaldırılmasını və kəndlərdən evakuasiya edilmələrini tələb ediblər. Lakin Myanma hökuməti cavab da verməyib.
KİV-in məlumatına əsasən, Myanmada qadın və körpələrin başları kəsilir, onları diri-diri yandırırlar.
Qeyd edək ki, Arakan müsəlmanları 2012-ci ildən Myanma hökuməti tərəfindən sıxışdırılır, kütləvi şəkildə qırğınlara məruz qalırlar.