Müsəlmanların çoxluq təşkil etdiyi cəmiyyətlərdə cinayətlər az olur – araşdırma
876 dəfə baxılıb
Son illərdə islamofobiya təşkilatlarının səyləri nəticəsində Qərbdə insanlar İslam dinini şiddət və terror dini kimi tanımağa başlayıblar.
İslamofobiya “məntiqinə” görə, müsəlman əhalisinin çoxluq təşkil etdiyi ölkələrdə cinayət, zorakılıq və qətl halları daha çoxmuş. Lakin rəqəmlərin göstərdiyi nəticə bunun tam əksini göstərir. Belə ki, ölkədə müsəlmanlar nə qədər çoxdursa, orada qətl hadisələri də bir o qədər azdır.
“Slate” nəşriyyatı “İslam həqiqətləri” adı altında dərc olunan bir məqaləsində Berkli Kaliforniya Universitetinin apardığı geniş miqyaslı tədqiqatların nəticələrini açıqlayıb.
Politoloq M. Steven Fish apardığı hesablamalar əsasında belə bir nəticəyə gəlib ki, 1994-2007-ci illər ərzində müxtəlif ölkələrdə bilərəkdən adam öldürmə halları üzrə statistik göstəricilərə əsasən, müsəlman ölkələrində bu rəqəm 100 000 nəfər üzrə 2,4% təşkil etdiyi halda, Avropa və digər müsəlman olmayan ölkələrdə 3 dəfə daha çoxdur.
Amerika Birləşmiş Ştatlarında isə qeyd olunan illər ərzində müsəlman ölkələri ilə müqayisədə qətl hadisələri 2 dəfə daha çox olub.
Ayrılıqda müsəlman ölkələrinə nəzər saldıqda isə hər şey daha aydın görünür. Məsələn, İndoneziyada baş verən hər 1 qətl hadisəsinə ABŞ-da 7 qətl düşür.
“Slate” nəşrinin bildirdiyinə görə, bütün bu məlumatlar müsəlmanları təcavüzkarlıqda ittiham edən islamafobları birdəfəlik susmağa məcbur etməlidir.
Mənbə İslamNews
Sələf Xəbər: İslam şəriəti ədalətlidir
İslam şəriəti öz əsasında, məsləkində, kamilliyində və hökmlərində Rəbbani şəriətdir. O, ötən şəriətlər üzərində hakimdir və Qiyamət qopanadək daima qalacaqdır. Ona görə də onun bütün hökmləri orta və ədalətlidir. Bu haqda Allah taala buyurur:
“(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik…” (əl-Bəqərə: 143).
Bəzi alimlər deyirlər: “Allah onları dində orta yol tutduqlarına görə adil adlandırmışdır. Onlar nə həddini aşan, nə də qayğısız deyillər, onlar ədalətlidirlər. Allah onları belə təsvir etmişdir. Çünki Allahın ən çox sevdiyi iş, ədalətli işdir”.
Yuxarıdakı ayənin ərəbcəsində keçən “vəsət” sözü, ərəb dilində xeyir mənasını daşıyır. Buna görə də bir nəfəri tərifləmək üçün misal olaraq: “Filankəs öz tayfası arasında vəsətdir (ədalətli və ortamövqelidir)” – deyirlər. Bu baxımdan vəsət sözü adillik və ortamövqelilik mənası ilə açıqlanmışdır. Çünki insanların ən xeyirlisi adıl olanıdır.
Qanun və düsturların tətbiqində adil, orta mövqeli olmaq asan iş deyil. Qanun və düstur qoyan bəşər övladları orta mövqe tutmaqda acizlik çəkirlər. Onlardan bəziləri tam sol tərəfə, bəziləri isə tam sağ tərəfə yönəlirlər. İslam şəriəti bu yöndə tayı-bərabəri olmayan, yeganə mövqe tutur. Onun müəyyən etdiyi işlərdə nə ifratçılıq (həddini aşmaq), nə də laqeydlik vardır. Əksinə o, adillikdən əsla üz döndərməyən ortamövqeli və ədalətli şəriətdir.
Bu bir sübut edir ki, adil və orta mövqeli qayda-qanun yaratmağa yalnız İslam şəriəti qadirdir. Çünki bu şəriət Allah tərəfindən nazil olunmuşdur. Allah, hər şeyin haqqını doğru hesaba alan, əməlləri dəqiq tərəzidə çəkən, hər şeyi saya-hesaba alan, heç bir şeyi faydasız yaratmayan, naqis və eyibli sifətlərdən uzaq olandır. Elə buradan da, İslam şəriəti ortamövqeliliklə vəsf olunmuşdur. İslam şəriətinin ədalətli olması, naqis məxluqun təsəvvür etdiyi kimi deyil, Allah taalanın istəyinə uyğun, adil olmasıdır. Orta: həddi aşmadan adil, naqislik olmadan ədalətli olmaqdır.
Bəzi alimlər deyirlər: “Orta: dairənin mərkəzi kimi, tərəf nisbətlərinin özünə bərabərməsafəli olmasıdır. İfrat (həddini aşmaq) və təfrit (laqeydlik) baxımından, hər tərəfdən özünü əhatə etmiş pis işlərin ortası olan bu yaxşı işlər, sonralar bəşəriyyətin gözəl işlərinə bir ad olaraq verilmişdir”.