Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Mutavif – Hacılara xidmət edən ən şərəfli peşə

Avqust 10
16:28 2017

Səudiyyə Ərəbistanında Həcc ziyarəti üçün ölkəyə gələn zəvvarları xüsusi dini təlim keçmiş bələdçilər – mutaviflər qarşılayır. Mutaviflər 8 əsrdən çoxdur ki, zəvvarlara Həcc mövsümü zamanı bələdçilik edirlər.

Özü də illərlə mutavif peşəsində çalışan və Həcc üzrə tədqiqatçı olan Əhməd Hələbinin sözlərinə görə, ilk mutafivlərdən biri 1480-ci ildə Misir sultanı əl-Əşrəf Qayıtbəyi qarşılayıb ona həcc zamanı bələdçilik edən hakim İbrahim Bin Zuhayr olubdur. Mutavif peşəsinin yaranma səbəbi Məmlüki hökmdarlarının ərəb dilini bilməməsi imiş.

Mutavif peşəsi 1571-ci ilə qədər yalnız hakimlər tərəfindən həyata keçirilirdi. Lakin sonralar zəvvarlara digər yüksək vəzifəli şəxslərin də bələdçilik etməyinə icazə verildi. Beləliklə, mutavif peşəsi bir neçə ailə tərəfindən tətbiq olunaraq 800 il ərzində nəsildən-nəsilə ötürülürdü. Yalnız Kral Saud Məkkəyə gəldikdən sonra əmr etdi ki, bu peşə məhz Məkkədəki ailələr tərəfindən həyata keçirilsin.

Mutaviflər zəvvarların Səudiyyə Ərəbistanına gəldiyi ilk dəqiqələrdən onlara bələdçilik edirlər. Onlar zəvvarları hava limanından otelə, eləcə də müqəddəs yerlərə müşayiət edərək Həcc zamanı dini ayinləri yerinə yetirməkdə köməklik göstərirlər.

Digər xəbərlər