Myanma rohingyalı müsəlmanları yox saydı
784 dəfə baxılıb
Myanma Birliyi Respublikası 30 il sonra dövlətində apardığı əhalinin ilk siyahıyaalma prosesində torpaqlarında yaşayan 135 etnik qrupdan bəzilərini heç saymayıb.
“Sələf Xəbər” Haberturk.com-a istinadən xəbər verir ki, Myanma dövləti, 30 il sonra apardığı ilk siyahıyaalma prosesində əhali sayının nəticələrini açıqlayıb. Rəsmi açıqlamalarda əhali sayı 51.4 milyon olaraq göstərilib və bu rəqəmin təxmin edilən rəqəmdən 9 milyon əskik olması diqqət çəkib.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munun Myanma xüsusi nümayəndəsi Vijay Nambiar, siyahıyaalmada ölkədə 135 etnik qrupdan bəzilərinin heç sayılmadığını, xüsusilə ölkənin şimal-qərbindəki Arakhan Əyalətinə əhali məmurlarının heç getmədiyini söyləyib.
Nambiar bildirib ki, etnik gərginlik səbəb göstərilərək “Rakhinede (Arakhan) özünü rohingiyalı olaraq təqdim edən toplumun siyahıya alınması tələbi rədd edilib. Arakhan Əyalətində isə ən az 1.1 milyon rohingiyalı yaşayır. Bunlardan 140 mini Buddist qrupların hücumları səbəbi ilə Rangun paytaxtına və digər şəhərlərə köç etmək məcburiyyətində olanlardır. Rohingiyalılar son zamanlar pis həyat şəraiti və ayrı-seçkilik səbəbi ilə qaçaq gəmilərlə Tayland, Malayziya və İndoneziyaya qaçmağa çalışır.
Myanma hökuməti isə dünən verdiyi açıqlamada bildirib ki, insan qaçaqlarının açıq dənizdə tərk etdiyi rohingiyalı müsəlmanlardan 727 nəfəri xilas edilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir”. (Qurani-Kərim, “Mucadilə” surəsi, 20-21-ci ayələr)
“Bu, Qüdrətli Rəbbin vədi və təhdididir. Bu təhdid Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) müqavimət göstərənlərə, onlara iman gətirməyənlərə və onların hökmlərinə itaətsizlik göstərənlərə yönəldilmişdir. Onlar alçaldılacaqlar və özlərinə köməkçi tapmayacaqlar. Belə bir son necə də pisdir!
Vəd Rəbbə və Onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun), elçilərin yolu ilə gedənlərə və bununla da Allahın firqəsinə daxil olanlara yönəldilmişdir. Bu isə uğur qazanmışların firqəsidir. Onların nəsibi həm bu dünyada, həm də Axirətdə Allahın köməyi, həmçinin qələbə və zəfərdir. Bu vəd nə pozulmayacaq, nə də dəyişdirilməyəcəkdir. Qüdrətli və Böyük Allah Sadiqdir! Heç bir şey Onun qəbul etdiyi qərarı yerinə yetirməsinə maneə ola bilməz!” (Bax: “Təfsir Əs-Saadi”)