Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Myanmadan müsəlman artımına zərbə vuran qanun

May 27
18:32 2015

“Sələf Xəbər”in Sunna Press-ə istinadən verdiyi xəbərə görə, Myanma hakimiyyəti doğum sayının nəzarəti haqqında qanun qəbul edib. Bu qanunda uşaqların doğulmasına 3 illik fasilə qoyulması nəzərdə tutulur. Bu qanun ölkə başcısı Teyn Seynin imzası ilə təsdiqlənib.

Bəzi ekspertlər bu qanunu “irqçi” adlandıraraq əhalisinin çox hissəsi buddist olan ölkədə müsəlman əhalisinin azalmasına yönəldiyini bildiriblər.

Myanma hakimiyyəti, öz növbəsində, belə ittihamları rədd edərək iddia edir ki, qanun uşaq və ana ölüm faizinin azaldılmasına yönəlmişdir.

Keçən ay parlamentin müzakirəsinə təqdim edilmiş qanun layihəsinin təşəbbüskarları nüfuzlu buddist xadimləridir. Onlar ehtiyat edirlər ki, yaxın gələcəkdə 50 milyon əhalisi olan Myanmada müsəlmanlar buddistlərin sayını ötə bilər.

“Qanun nəslin davam etdirilməsi, qadın hüquqlarını, din azadlığı hüququnun pozulmasını nəzərdə tutur”-deyə ABŞ-ın Dövlət Katıbının Müavini Toni Blinken bildirdi. O, bu həftə Myanma prezidenti ilə şəxsi görüşündə bu barədə müzakirə edib.

Onun sözlərinə görə, amerika tərəfi belə qanunların ölkədə etnik və dini ziddiyyətləri dərinləşdirə biləcəyini və etnik müxtəlifliyə hörmət və tolerantlıq məsələsində aparılan işlərə mane ola biləcəyini bildirərək öz narahatlığını bildirib.

Myanma müxtəlif dinli ölkədir, ancaq əhalinin əksəriyyəti və ya təxminən 89%-i buddistlərdir.

Sələf Xəbər: “Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir.”
(Qurani-Kərim, Nisə surəsi 100-cü ayə)

Digər xəbərlər