NATO: İŞİD-lə mübarizə uzun illər davam edəcək
648 dəfə baxılıb
“Sələf Xəbər” Sputnik.az-a istinadən xəbər verir ki, İraq və Suriyada irəliləyişlərinə davam edən terrorçu İŞİD xəvaric terror qruplaşmasına qarşı mübarizə uzun illər davam edə bilər.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuata açıqlamasında deyib.
Y.Stoltenberq bildirib ki, gələcəkdə bölgədə təhlükəsizliyi yerli hərbi birləşmələrin özləri təmin edəcəklər. “Ancaq buna nail olmaq üçün illərlə çalışmaq lazımdır” deyə o əlavə edib.
Tarixi şəhər olan Palmiranı artıq neçə müddətdir ki, əlində tutan İŞİD hələlik ərazidəki qədim abidələrə toxunmayıb. Xəbəri UNESCO da təsdiqləyib.
Bu arada, Suriya dövlət televiziyası ordunun Palmiradakı İŞİD mövqelərinə aralıqsız zərbələr endirdiyini məlumat verib. Dövlət televiziyasının xəbərinə görə, yüzlərlə terrorçu məhv edilib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”