Nazarbayev Rusiya ilə Türkiyəni münasibətləri bərpa etməyə çağırıb
959 dəfə baxılıb
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Su-24 təyyarəsi ilə bağlı insidentlə əlaqədar birgə komissiyanın yaradılmasına çağırıb.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə RİA “Novosti” xəbər verib.
“Nə qədər çətin olsa da, hesab edirəm ki, birgə araşdırıcı komissiya yaradılmalı, araşdırma aparılmalı, günahkarlar müəyyən edilərək cəzalandırılmalıdır, səhvlər etiraf, münasibətlər isə bərpa edilməlidir. Mən Rusiya və Türkiyədəki dostları buna çağırıram”, – deyə N.Nazarbayev bildirib.
Qazaxıstan prezidenti qeyd edib ki, o, baş nazir S.Dəmirəl və prezident B.Yeltsinin vaxtından uzun illər Rusiya və Türkiyənin mövqelərini yaxınlaşdırmaq üçün çalışıb. “İndi isə bu səylər boşa çıxa bilər”, – deyə N.Nazarbayev vurğulayıb.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!