Nazir Peyğəmbər haqqında ifadəsinə görə vəzifəsindən azad edildi
1. 069 dəfə baxılıb
Keçən həftənin bazar günü Misirin baş naziri Şərif İsmayıl ölkənin ədliyyə naziri Əhməd əz-Zanadın tutduğu vəzifədən azad edilməsi barədə fərman imzalayıb.
Buna səbəb isə ədliyyə nazirinin özəl televiziya kanallarının birində verdiyi müsahibədə onun nüfuzuna xələl gətirən jurnalistlər haqqında nə kimi tədbir görülə biləcəyi barədə sualları cavablandırarkən “hətta Peyğəmbəri də həbs edərdim” ifadəsini işlətməsi olub.
Hələki yeni ədliyiyyə nazirinin kim olacağı müəyyənləşdirilməyib. Onu da qeyd edək ki, keçən ilin may ayında Misirin öncəki ədliyyə naziri də işlətdiyi “zibil toplayanın oğlu hakim ola bilməz” ifadəsinə görə vəzifəsindən azad edilmişdi.
Mənbə: Al-Arabiyya
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!
Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.
Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (möminliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!” (əl-Hucurat surəsi, 1-3).