Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Nazir: “Yəməndə geniş miqyaslı vətəndaş müharibəsi başlaya bilər”

Mart 24
18:09 2015

Yəmən rəsmiləri Körfəz dövlətlərinə huti qiyamçılarının qarşısını alma çağırış edib.

Hutilər ölkənin üçüncü böyük şəhəri Taizi işğal etdikdən sonra Ədən şəhərinə yaxınlaşıblar.

“Sələf Xəbər”in “Report”a istinadən verdiyi xəbərə görə, bir sıra sünni Ərəb dövləti tərəfindən yaradılan “Yarımada Qalxanı” adlı hərbi birləşmələrin Yəmənə yeridilməsinin vacibliyini vurğulayan bu ölkənin Xarici İşlər Naziri Riyad Yasin, “Əks təqdirdə Yəməndə geniş miqyaslı vətəndaş müharibəsi başlaya bilər” deyə bildirib.

Qeyd edək ki, hutilər ötən ay prezident Mansur Hadini hakimiyyətdən uzaqlaşdırdıqdan sonra, dövlət başçısı qaçaraq ölkənin cənubundakı Ədən şəhərinə sığınıb.

Hutilərin fəallaşması Körfəz ölkələrini, xüsusən də Səudiyyə Ərəbistanını narahat edib. Səudiyyə Ərəbistanının Xarici İşlər naziri bəyan edib ki, Körfəz ölkələri prezident Hadinin tərəfində münaqişəyə müdaxilə edə bilər.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)

Digər xəbərlər