Neft hasilatçıları Qətərdə yığışacaq
648 dəfə baxılıb
Bir sıra ölkələr bu qərarı dəstəkləyib.
OPEK-ə üzv ölkələrin və müstəqil neft istehsalatçılarının görüşü Dohada keçirilə bilər.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Energetika naziri Aleksandr Novak bildirib.
Daha öncə verilən məlumata görə, fevralın 16-da Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neftin hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində dondurulmasına dair razılığa gəliblər. Bir sıra ölkələr, o cümlədən Ekvador, Əlcəzair, Nigeriya və Oman bu qərarı dəstəkləyib.
A.Novak bəyan edib ki, OPEK-in iştirakı ilə neft ixracatçısı ölkələrinin görüşü 20 mart – 1 aprel tarixləri arasında keçirilə bilər.
Bununla yanaşı, görüşün Doha, Vyana və Rusiyada keçirilməsi variantları nəzərdən keçirilir.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)