Nigeriya ordusu Boko Haramın 300 silahlısını öldürdüyünü yayıb
Fevral 18
20:11
2015
758 dəfə baxılıb
“Sələf Xəbər” “əl-Ənbə” saytına istinadən xəbər verir ki, bu gün Nigeriya ordusunun yaydığına görə, ordu ölkənin şimal şərqində yerləşən Borno vilayətinin Monqono bölgəsini yenidən ələ keçirən zaman Boko Haramın 300 nəfərlik silahlısını qətlə yetirib.
Nigeriya Müdafiə Nazirliyinin nümayəndəsi Kris Olkolad bəyənatda deyib: “Artıq 300-dən çox terrorçu öldürülüb və bir neçəsi də əsir götürülüb”.
Sələf Xəbər: XX əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120)