Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Nigeriyada növbəti terror aktı nəticəsində 45 nəfər ölüb

Noyabr 27
19:58 2014

Nigeriyanın şimal-şərqində törədilmiş növbəti terror aktı nəticəsində 45 nəfər ölüb.

“Sələf Xəbər” APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Partlayış Borno şəhərində, iki qadın-kamikadze tərəfindən törədilib. Onların “Boko Haram” radikal dini qruplaşmasının üzvü olduğu ehtimal olunur.

 Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).

Digər xəbərlər