Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Nigeriyada partlayışlar nəticəsində 80 nəfər ölüb

Dekabr 29
17:37 2015

Nigeriyanın şimal-şərqində silahlıların hücumları nəticəsində azı 80 nəfər ölüb.

“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi məlumata görə, Borno ştatının Madaqali şəhərində törədilən partlayışlar nəticəsində 30 nəfər həyatını itirib.

İlkin məlumata əsasən, iki nəfər qız terrorçu-kamikadze üzərilərindəki partlayıcı qurğunu bazarda işə salıblar.

Borno ştatının paytaxtı Mayduquridə bir gecə ərzində partlayış və atışmalar zamanı azı 30 nəfər həlak olub, 90 nəfər yaralanıb. Günorta isə məsciddə törədilən parlayış daha 20 nəfərin həyatına son qoyub.

Sələf Xəbər: XX əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahın “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir” (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur”. (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları.)

Digər xəbərlər