Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ölkə rəhbərini TƏKFİR etdiyi üçün 12 il həbs cəzasına məhkum edildi

Sentyabr 05
15:18 2015

Səudiyyə Ərəbistanı Ali Məhkəməsi ibtidai məhkəmə qərarı ilə Səudiyyəli vətəndaşa 12 il həbs cəzası və beş min riyal cərimə təyin edib.

“Sələf Xəbər” Alarabiya.net-ə istinadən məlumat verir ki, buna səbəb isə həmin vətəndaşın ölkə rəhbərini təkfir (kafirlikdə ittiham) etməsi, rəhbərə olan sədaqət andından imtina etdiyini deməsidir. Həmçinin ölkədən çıxışına qoyulmuş qadağaya məhəl qoymayaraq saxta sənəd düzəldərək ölkədən qaçmağa cəhd etməsi cəzasını ağırlaşdırmışdır.

“Ukaz” qəzetinin verdiyi məlumata əsasən məhkəmə üzvləri müttəhimi dinlədikdən sonra məşvərət edərək ona 12 il həbs cəzası və beş min riyal pul cəriməsi təyin ediblər. Məhkəmə ittiham olunan tərəfin 30 gün ərzində hökmə etiraz etmək hüququnun olduğunu bildirmişdir. Əgər bu müddət ərzində etiraz ərizəsi təqdim edilməzsə, verilən hökm qüvvəyə minəcəkdir.

Sələf Xəbər: Əbdül Əziz bin Bəzdən (Allah ona rəhmət etsin) rəhbər üçün duadan imtina edən barədə soruşdular və şeyx cavab verdi:

“Bu onun cahilliyi və qafilliyi səbəbindəndir. Axı müsəlmanların rəhbəri üçün edilən dua – Allaha yaxınlaşmanın ən böyük vasitələrindən biri və ibadətin ən yaxşı növlərindən biridir. Allaha və Onun qullarına səmimi münasibətin təzahürü bundadır. Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) dedilər: “Daus tayfası itaətsizlik göstərdi, onlar – kafirdir”, o dedi: “Ey Allah, Daus tayfasını doğru yola yönəlt və onları gətir”. Allah onları hidayətləndirdi və onlar Peyğəmbərin (ona salavat və salam olsun) yanına müsəlman olaraq gəldilər. Beləliklə, dindar kəsin Allahdan insanlar üçün xeyir diləməsi vacibdir.

Duada böyük üstünlük rəhbərə verilməlidir, çünki onun möminliyi – bütün cəmiyyətin möminliyidir. Onun üçün edilən dua – ən əhəmiyyətli dualardan biridir və bu səmimi münasibətin təzahürünün ən əhəmiyyətli növlərinə aiddir. Onun haqqa uyğun şəkildə davranması, ona bunda yardım edilməsi, Allahın onun üçün onun əhatəsini düzəltməsi, onun nəfsinin şərindən və onun vicdansız əhatənin şərindən qorusunması üçün dua, onun üçün haqda dəstək, düz yolda sabitlik, qəlbdə və əməldə doğruluq, mömin əhatə istəmək – ən vacib işlərdən və Allaha yaxınlaşma vasitələrindən biridir.

İmam Əhməddən (Allah ona rəhmət etsin) rəvayət olunur ki, o belə demişdir: “Duamın mütləq qəbul olunacağını bilsəydim onu rəhbər üçün edərdim”. Bu, həmçinin Fudeyl ibn İyyaddan rəvayət olunur (Allah ona rəhmət etsin)”. (Bax: “Məcmua əl-fətava”, 8/210)

Görkəmli İslam alimi, Həsən Əl-Basri (Allah ona rəhmət etsin) rəhbərlər barəsində bunları deyib:
“Onların səbəbi ilə aşağıdakı beş şey baş verir:
“Məscidlərdə cümə və camaat namazlarının qılınması, bayramların qeyd edilməsi, sərhədlərin düşmənlərdən müdafiəsi və cinayətkarlara qarşı cəza tədbirlərinin görülməsi”.
Allaha and olsun ki, rəhbər ədalətsiz davransa da, yalnız onun mövcudluğu halında İslam düzgün etiqadla yaşana bilər. Allaha and olsun, Allah elə edir ki, onlardan ziyandan daha çox xeyir gəlir. Allaha and olsun, onlara tabe olmaq xeyirdir, onlara qarşı itaətsizlik isə küfrün (nankorluğun) əlamətlərindəndir”. (“Ədabul Həsən Əl-Basri”)

Digər xəbərlər