Ölkənizdəki sabitliyi qoruyun, çünki… – Kəbə imamı
2. 074 dəfə baxılıb
Ümrə ziyarətinin 8-ci günündə İşa namazından sonra, Kəbə imamı, doktor Xalid əl-Qamidinin zəvvarlarla görüşü keçrilib. Ümrə ziyarətini təşkil edən və bir çox müsəlman ölkələrindən öz hesabına zəvvarlar dəvət edən Səudiyyə Ərəbistanı hökuməti Kəbə imamı ilə görüşü təşkil edib.
Selefxeber.az-ın Avropa.info-ya istinadən məlumatına görə, toplantıda 10-dan çox Afrika ölkəsinin, o cümlədən Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Pakistan və başqa ölkələrin nümayəndələri iştirak edib.
Kəbə imamı, doktor Xalid Əl Qamidi çıxışına ilk öncə “Qurani-Kərim” i oxumaqla başlayıb. Daha sonra, zəvvarları salamlayan Kəbə imamı İslam coğrafiyasından müsəlmanları Ümrə ziyarətinə dəvət etdiyi üçün Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz Əl Səuda təşəkkür edib. Çıxışı zamanı mühüm mesajlar verən imam, İslam coğrafiyasında baş verən qarşıdurma və savaşların üzüntüyə səbəb olduğunu deyib:
“Təəssüf ki, İslam coğrafiyasını amansız savaşlar bürüyüb. Yaşlı insanlar, qadınlar, uşaqlar qətlə yetrilir. Bu, üzüntüyə səbəb olacaq bir durumdur. Mən sizə, bütün müsəlmanlara müraciət edirəm. Diqqət edin, ölkələrinizdəki sabitliyi qoruyun. Çünki sabitlik olmayınca, müsəlmanların qanı haqsız yerə axıdılır”.
Sələf Xəbər: İnsanların fikrini toplamaq və onları parçalanmaqdan qorumaq İslam şəriətinin əsas hədəfi və qayəsidir. Allah taala buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılma¬yın!…” (Ali İmran: 103).
Muhamməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”).