Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ölkəsində İŞİD terror xəvaric qruplaşmasının olduğunu təsdiqləyib

Yanvar 13
18:33 2015

Əfqanıstan hökuməti ölkənin cənubunda İŞİD terror xəvaric qruplaşması silahlılarının olmasını təsdiqləyib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, ekstremistlər yerli əhalini öz sıralarına qatır və hətta, “Taliban” hərəkatı silahlıları ilə toqquşmalara cəlb edilirlər.

Məlumata görə, Əfqanıstanda İŞİD terror xəvaric qruplaşması qüvvələrinə Molla Abdul Rauf adlı şəxs rəhbərlik edir. “Taliban” qruplaşmasının nümayəndələri, öz növbəsində, yerli əhalini İŞİD terror xəvaric qruplaşması ilə əlaqələr qurmaqdan yayınmağa çağırırlar.

 Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” (İŞİD) terror xəvaric qruplaşmasıdır. Bu doğrudurmu?”- sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları bu cür adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD terror xəvaric qruplaşmasının) İslama aidiyyatı yoxdur.”

Digər xəbərlər