Ölüm səcdə vaxtı gəldi
Sentyabr 30
19:43
2014
944 dəfə baxılıb
“Sələf Xəbər”-in ANSPRESS-ə istinadən xəbərinə görə, Türkiyə vətəndaşı Hüseyn Özdemir məsciddə namaz əsnasında vəfat edib.
Məlumata görə, 66 yaşlı Hüseyn Özdemir Kastamonu şəhəri Mehmet Akif Ersoy məhəlləsindəki “Eyyubağa” məscidində İşa namazını qılarkən qəfildən yerə yıxılıb. Onun infarkt keçirdiyi məlum olub.
Məsciddə olan möminlərin hadisə yerinə çağırdığı təcili yardım heyətinin səylərinə baxmayaraq Özdemirin həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər onun infarkt keçirdiyi müəyyənləşdirib. Mərhumun cəsədi məhkəmə tibbi ekspertizasının morquna aparılıb.
“Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”
Müqəddəs Quran, “Ali İmran” surəsi, 102-ci ayə