Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Oman terrorizmə qarşı İslam koalisiyasına qoşulub

Dekabr 29
15:16 2016

Oman Səudiyyə Ərəbistanının başçılıq etdiyi terrorizmə qarşı İslam koalisiyasına qoşulub.

Selefxeber.azAPA”-ya istinadən bildirir ki, RİA Novosti agentliyi xəbər verir ki, Oman rəhbərliyi özündə 40 ölkəni birləşdirən alyansa üzv olmaq istədiyini bəyan edib.

Bununla bağlı Oman rəsmiləri Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda müraciət məktubu göndərib.

Qeyd edək ki, 2015-ci ilin dekabrında Səudiyyə Ərəbistanı terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib. Koalisiyanın ümumi qərargahı Ər-Riyad şəhərində yerləşir.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə)

Digər xəbərlər