Özbəkistanda hicab bağlayan qadınlar siyahıya alınır
779 dəfə baxılıb
Özbəkistanda müsəlman qadınlara hicab bağlamamaq üçün çoxsaylı çağırışlar və ictimai yerlərdə dini geyimə qadağan qoyulması haqqında sənədi imzalamaq üçün müraciətlər edilməyə başlanılıb.
“Sələf Xəbər” “İslam-today”ə istinadən xəbər verir ki, hicabdan imtina etməyə razılıq verməyən şəxslərin adları isə xüsusi siyahıya salınır.
Yerli hüquq müdafiəçisi Surat İkramovun sözlərinə görə, geyim normalarına riayət etməyən qadın və qızların siyahısı Daxili İşlər İdarəsinə göndərilir.
Bu qadınlar əvvəlcə idarəyə çağırılaraq onlara xəbərdarlıq edilir, sonra isə bu qadınlar haqqında məlumat və məruzələr ölkənin ali orqanlarına çatdırılır.
“Bütün bunlar “İslam dövləti” –İŞİD terror xəvaric qruplaşması ilə mübarizə çərçivəsində həyata keçirilir”, – deyərək hüquq müdafiəçisi bildirib.
Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)
Hətta qeyri-müsəlman ölkələrindən fərqli olaraq bir sıra müsəlman ölkələrində müsəlman qadınların hicab geyinmək qadağası ilə rastlaşması faktı bizi kədərləndirməyə bilməz.
Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!