Özbəkistanda hicaba yasaq kampaniyası
758 dəfə baxılıb
Özbəkistanın paytaxtı Daşkənddə polis bazarda hicablı qadınları zorla polis bölməsinə apararaq hicablarını çıxartmaları üçün təzyiq göstərir.
Özbəkistanın Küylük bazarı və onun ətraf ərazilərində hicablı qadınları tutmaq əmri alan Yol Polisləri onları zorla bölməyə aparırlar. Hicabını çıxaran qadınlar evlərinə buraxılır, çıxartmayan qadınlar isə mühakimə olunurlar.
“Sələf Xəbər”in Türkiyə mediasına istinadən xəbərinə görə, müsəlman qadınlara qarşı təzyiqlər keçən həftənin cümə günündən başlanılıb. Əməliyyatı həyata keçirmək üçün bir neçə polis qrupu da yaradılıb.
Özbəkistan mediasına məlumat verən və adının açıqlanmasını istəməyən polis məmurlarından biri bildirib ki, bazarda tutulan hicablı qadınlar Bekdemir mahalının polis bölməsinə aparılır. Orada baş örtüyünü çıxaranlar dərhal evlərinə göndərilir. Çıxartmaq istəməyən qadınların isə yaxınları polis bölməsinə çağırılır. Polisə müqavimət göstərənləri isə terrorla mübarizə şöbəsinə aparırlar.
Hadisə yerində olan taksi sürücüləri arasında hicablı qadınların zorla avtobuslara mindirildiyini, getmək istəməyən qadınların isə hətta yerdə sürüyərək aparıldığını görənlər də olub.
Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)Lakin qeyri-müsəlman ölkələrindən fərqli olaraq bir sıra müsəlman ölkələrində müsəlman qadınların hicab geyinmək qadağası ilə rastlaşması faktı bizi kədərləndirməyə bilməz.
Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!