Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Özbəkistanda terrorçuluqda ittiham olunan yüzlərlə şəxs saxlanılıb

Noyabr 20
18:55 2015

Özbəkistanın müxtəlif regionlarında terrorçu dini qruplaşmalarda iştirakda şübhəli bilinən şəxslərin kütləvi həbsinə başlanılıb.

“Sələf Xəbər”in AzNews.az-a istinadən məlumatına görə, bu barədə Özbəkistanın Müstəqil Hüquq Müdafiəçiləri Təşəbbüs Qrupunun rəhbəri Surat İkramov məlumat yayıb.

Hüquq müdafiəçisi bildirib ki, Daşkənddə, həmçinin Fərqanə, Varəzm və Qaşqadərya vilayətlərində 200-dən çox İŞİD terror xəvaric qruplaşması ilə əlaqədə şübhəli bilinən islamçı tutulub. Yerli mətbuatın məlumatına görə, bir vaxtlar Özbəkistanı tərk edərək Suriya, İraq və Əfqanıstanda döyüşən şəxslər hazırda ölkəyə qayıtmağa çalışırlar.

Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Əbdüləziz Mənsur Daşkənddə radikal əhval-ruhiyyəli islamçıların çox olduğunu etiraf edib. Bununla əlaqədar Özbəkistan polisi ölkə əhalisi arasında təbliğat işləri aparır.

Noyabrın 13-də Daşkənddə 150-dən çox insan İŞİD terror qruplaşmasında iştirakda şübhəli bilinən şəxsin saxlanması barədə xəbər yayılıb. Noyabrın 5-də Özbəkistan Milli Qvardiyasının Daşkənd qarnizonunun hərbi qulluqçuları Fərqanə vadisində radikal dini axınların aktivləşməsiylə əlaqədar birinci döyüş hazırlığı vəziyyətinə gətirilib.

Noyabrın 3-dən ölkə paytaxtında milisin şəxsi heyəti, milli təhlükəsizlik və qarnizon xidmətləri kazarma vəziyyətinə keçirilib. Sentyabr ayında ölkənin bəzi şəhərlərində ekstremist qruplaşmanın təbliği ilə bağlı vərəqələr yayılıb. Ekspertlərin məlumatına görə, İŞİD terror xəvaric qruplaşması tərəfində Yaxın Şərqdə müharibədə Orta Asiyadan gəlmələr arasından 500 özbək, 360 türkmən, 100 qırğız və 190 tacik vuruşur.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər