Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Pakistan Azərbaycanı daim dəstəkləyəcək

Oktyabr 25
17:50 2017

Ermənistanın əks səylərinə baxmayaraq, Pakistan Azərbaycanı dəstəkləməyə davam edəcək.

Selefxeber.azEurasiadiary.com”a istinadən xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, bunu Pakistanın Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşdə deyib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevnin (Allah onu qorusun) Pakistanla əlaqələrə xüsusi diqqət verdiyini bildirən səfir Ə.Əlizadə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin də önəmli rolunun olduğunu qeyd edib, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinin Pakistan Milli Assambleyası tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Qarşılıqlı həyata keçirilmiş və keçiriləcək yeni layihələr, əməkdaşlıq imkanları haqqında məlumat verən səfir, parlamentlərarası əlaqələrin daha da inkişafı istiqamətində hər iki ölkənin parlament rəhbərlərinin və dostluq qruplarının səylərinin zəruri olduğunu, Pakistan Milli Assambleyası ilə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

S.A.Sadiq Azərbaycanın Pakistan üçün ən yaxın və qardaş ölkə olduğunu diqqətə çatdırıb, Azərbaycanla əlaqələrin inkişafında Pakistanın da maraqlı olduğunu bildirib. Pakistanın Ermənistanı bir ölkə olaraq tanımadığını qeyd edən S.A.Sadiq Ermənistanın əks səylərinə baxmayaraq, Pakistanın Azərbaycanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Digər xəbərlər