Pakistan Azərbaycanı silahlandırmaq istəyir
1. 310 dəfə baxılıb
Pakistan Azərbaycana müasir silahlar çatdırmağa və bizim ölkə ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Bunu virtualaz.org-a açıqlamasında Pakistanın keçmiş baş naziri Şaukat Əziz deyib.
“Bizim dövlətlərimizin təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı ümumi maraqları var. Pakistan çox ölkələrə silah çatdırır. Mənə elə gəlir ki, Azərbaycanın da Pakistanda hazırlanmış silahların müxtəlif sistemlərini, hansılar ki, dünya silah bazarında özünü yaxşı tanıda bilib, əldə etməsinə daha aktiv yanaşmasına dəyər”, – deyə o bildirib.
Qeyd edək ki, Pakistan dünyada Ermənistanı tanımyan yeganə ölkədir. Bundan başqa, Pakistan dünyada, erməni silahlı qruplaşmalarının Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdikləri soyqırımı ittiham edərək rəsmi qətnamə qəbul etmiş ilk ölkə olub.
İslamabad, həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etməyə çağırıb.
Sələf Xəbər: Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) daş atmağı qadağan etmiş və demişdir: “(Atılan) daş nə ovu öldürər, nə də düşməni məhv edər. Ancaq göz çıxarar və ya diş sındırar” (Müslim).
Bu hədisin təfsiri olaraq, XX əsrin böyük islam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir: “Bu hədisdən belə nəticəyə gəlirik ki, biz düşmənlə, ona zərər yetirməyən silahlar vasitəsilə vuruşmamalıyıq. Çünki bu ağılsızlıqdır və həlaka səbəb ola bilər. Əksinə, onlarda olan və ya ondan daha yaxşı silahla döyüşmək lazımdır, çünki Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız” (“Ənfal” surəsi, 60).