Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Pakistan Hərbi Hava Qüvvələrinin komandanının Azərbaycana səfəri başlayır

Sentyabr 19
16:52 2017

Bu gün Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Süheyl Amanın Azərbaycana səfəri başlayır.

Selefxeber.az Eurasiadiary.com”a istinadən xəbər verir ki, Pakistanın Azərbaycandakı səfirliyindən verilən məlumatına görə, səfər çərçivəsində tərəflər Bakı və İslamabad arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Səfər zamanı iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi də aparılacaq.

Pakistanlı komandanın səfəri sentyabrın 22-dək davam edəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”(Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə)

Digər xəbərlər