Pakistan ilk pilotsuz təyyarəsini sınadı
848 dəfə baxılıb
Pilotsuz təyyarə hər cür hava şəraitində uça bilir.
“Sələf Xəbər” A24.az-a istinadən məlumat verir ki, Pakistan “Burak” adlı ilk pilotsuz təyyarənin uçuş sınağını uğurla tamamladığını açıqlayıb.
Pakistan Ordu sözçüsü general Asim Səlim Bəcva etdiyi yazılı açıqlamada “Pakistan bu gün, ilk pilotsuz təyyarənin uçuş sınağını uğurla tamamladı. “Burak” adlı təyyarədən atılan lazer raketi yerdəki sabit və hərəkətli hədəfləri müvəffəqiyyətlə vurdu” deyib.
Sınaq prosesini izləyən Pakistan Baş Qərargah rəisi general Rahil Şərif, təyyarənin hazırlanmasında əməyi olan alimləri və ordu personalını təbrik edib. O, “bununla terrora qarşı mübarizəmiz daha da güclənəcək” deyə bildirib.
Məlumata görə, pilotsuz təyyarə hər cür hava şəraitində uçur və düşmən hədəflərini vurma potensialına sahibdir.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)