Pakistan parlamentinin komitəsi erməni işğalını pisləyən qətnamə qəbul edib
Fevral 03
16:55
2017
1. 117 dəfə baxılıb
Pakistan Milli Assambleyasının Xarici işlər üzrə daimi komitəsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib.
Selefxeber.az-ın məlumatına görə, bu barədə Trend “Khybernews.tv” telekanalına istinadən məlumat verir.
Qətnamə komitənin iclasında qəbul edilib.
Sənəddə 1992-ci il fevralın 26-da Xocalı soyqrımı da pislənilir.
Komitə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha təsdiq edib.
Sələf Xəbər: Bu şəriət, müsəlman ictimaiyyətinin bir-birlərinə qarşı mərhəmətli, şəfqətli, mehriban olmalarını öyrətmək, onların bədəninin bir üzvü ağrıyarkən digərinin ona cavab verdiyi bir bədən kimi olduqlarını çatdırmaq, bir-birini möhkəm saxlayan bina divarı kimi olmalarını çatdırmaq üçün gəlmişdir. Bu mənada Qurani Kərimdə belə bir ayə vardır. Allah taala buyurur:
“Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (əl-Hucurat: 10).