Pakistan Yəmənə hərbçilərini göndərəcək
Mart 31
16:31
2015
759 dəfə baxılıb
Pakistan hakimiyyəti Yəməndə şiə üsyançıları-husilər ilə mübarizəyə qoşun göndərmək niyyətindədir.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.
Rəsmi İslamabadın nümayəndəsinin açıqlamasına əsasən, hərbçilər husilərə qarşı mübarizə aparan koalisiyaya qoşulmaq üçün Səudiyyə Ərəbistanına göndəriləcək.
Qeyd edək ki, bundan əvvəl Pakistan Yəməndən 500 vətəndaşını təxliyə edib.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!