Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Pakistanda 100-dək müxalifətçi həbs edilib

Sentyabr 15
14:28 2014

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, İslamabadda məhkəmə 100-dək müxalifətçi barəsində 14 sutka müddətinə həbs qərarı verib. Müxalifətçilər mitinqlər haqqında qanunu pozmaqda ittiham olunurlar.

Məlumata görə, onların hər birinə alternativ cəza kimi 200 dollar cərimə ödəmək imkanı verilib. Qeyd edək ki, yüzlərlə müxalifətçi hökumətin istefası tələbi ilə paytaxt İslamabadda artıq bir aydır ki etiraz aksiyası keçirir. Etirazçıların liderləri keçmiş peşəkar kriket oyunçusu İmran Xan və Tahir Qədridir.

İmran Xanın partiyasının nümayəndəsi bildirib ki, həbs olunan fəallar azadlığa buraxılanadək müxalifət hakimiyyət ilə danışıqları dayandır.

 Sələf Xəbər: Mərhum şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir: “Şübhə yoxdur ki, mitinqlər və nümayişlər – şərdir! Axı bu kimi hərəkətlər nümayişçilərin başqalarına qarşı özbaşınalıq və anarxiyaya səbəb olur. Bu zaman insanlar, nə dediyini və nə etdiyini anlamayan sərxoşlara bənzədiyinə görə insanların namusuna, mallarına və həyatlarına qəsd edir. Mitinq və tətillər – bunların hamısı şərdir.” (“Likaat Bab əl-məftur” 189)

Digər xəbərlər