Pakistanda fabrik çöküb, 100 nəfər dağıntılar altında qalıb
Noyabr 05
17:54
2015
608 dəfə baxılıb
Pakistandakı Pəncab əyalətinin paytaxtı Lahorda fabrik binası çöküb.
“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, dördmərtəbəli binanın çökmə nəticəsində 10 nəfər dünyasını dəyişib.
Lahor Təhlükəsizlik İdarəsinin rəsmisi Hayder Eşref 30 nəfərin yaralandığını, 100 işçinin dağıntılar altında qaldığını bildirib. Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.
Baş nazir Navaz Şərif həyatını itirənlərin yaxınlarına başsağlığı ünvanlayıb.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə, Onundur. Nə verirsə, o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um”. (Buxari)