Pakistanda iğtişaşlarda 93 nəfər xəsarət alıb
Sentyabr 01
15:54
2014
809 dəfə baxılıb
APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, Pakistanda baş nazir Nəvaz Şərifin istefasını tələb edən etirazçılarla polis arasında toqquşmalar baş verib. Nəticədə 1 qadın ölüb, 85 etirazçı və 8 polis əməkdaşı xəsarət alıb.
Yüzlərlə etirazçı parlamentin hasarını qıraraq binaya soxulub . Bir qrup nümayişçi isə Nəvaz Şərifin xüsusi mühafizə zonasında yerləşən iqamətgahına yürüş etməyə cəhd edib. Əvvəl etirazlara müdaxilə etməyən polis daha sonda nümayişin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.
Sələf Xəbər: Mərhum şeyx Əbdüləziz ibn Bəzz (Allah ona rəhmət etsin) demişdir: “Mən, nümayişlərdə iştirak etməyi hər hansı problemlərin həlli kimi münasib üsul hesab etmirəm. Əksinə, mən, bu nümayişləri bir qisim insanlarda fitnəyə, şərə, nifrətin alovlanmasına, digərlərinin isə haqlarının pozulmasına səbəb kimi görürəm. (Rəhbərə nəsihətin) şəri üsulları – şəriətə müvafiq həyata keçirilən yazışma, yaxşıya dəvət və mehribancasına nəsihətlərdir. Bu üsulları islam alimləri, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri, və səmimi qəlblə onların ardınca gedənlər izah etmişdir. Bu üsullar, deyildiyi kimi, ictimaiyyət qarşısında rəhbərə qarşı hər hansı ittihamlar irəli sürmədən, onunla yazışma, söhbət və münasibətləri saxlamaqdan ibarətdir. Köməyi isə Allahdan istəmək lazımdır.” (“Müsəlman ilahiyyatçılarının müasirliyin çağırışlarına cavabları”, Fəsil 3).