Pakistanda istilər nəticəsində 140-dan çox insan həyatını itirib
643 dəfə baxılıb
Pakistanın ən böyük şəhərlərindən olan Karaçidə istilər nəticəsində 140-dan çox insan dünyasını dəyişib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, şəhərdə havanın hərarəti 44,8 dərəcəyə çatıb ki, bu da son 15 ildə rekord göstəricidir.
Ötən şənbə günündən davam edən isti hava şəraitinin yaxın bir neçə gün də davam edəcəyi bildirilir.
Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)
“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Fövqəluca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir. Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!”” (Qurani-Kərim, “Mülk” surəsi, 1,2-ci ayələr) (Bax: “Təfsir Əs-Saadi”)