Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Pakistanda məktəbə hücumu planlaşdıran terrorçu öldürülüb

Dekabr 27
18:43 2014

Pakistanda hərbi məktəbə hücumu təşkil edən terrorçu məhv edilib.

“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, bu barədə “Sky News” telekanalının yaydığı xəbərdə deyilir.

“Taliban”nın Pakistan qanadının əsas komandirlərindən hesab olunan Səddam adlı terrorçu öldürülüb, daha 6 nəfər isə yaralanıb. Təhlükəsizlik qüvvələri yaralı terroçuları həbs ediblər. Hazırda onların dindirildiyi bildirilir.

Xatırladaq ki, dekabrın 16-da “Taliban” qruplaşmasının silahlıları Peşavərdəki hərbi məktəbə hücum edərək 150 şagird və müəllimi qətlə yetiriblər.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.” (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə).

“Allaha və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) bəslənən düşmənçilik münasibəti və həmçinin kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.

Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur. Uca Allah da bildirir ki, bunun əvəzi sadalanan cəzalardan biridir.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər