Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Pakistanda məsciddə partlayış törədilib

Fevral 19
17:45 2015

Hadisə nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Sələf Xəbər”in Anspress-ə istinadən xəbərinə görə, Pakistanın Ravalpindi şəhərində axşam saatlarında məsciddə partlayış törədilib. Hadisə nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Məlumata görə, polis, silahlının məscidə daxil olmasına imkan verməyib. Bu isə, itkinin çox olmasının qarşısını alıb.
Hücuma görə məsuliyyəti, Taliban qruplaşmasının bir qolu olan Cundullah silahlıları öz üzərinə götürüb. Silahlılar Əfqanıstanla sərhəd Şimali Vəziristan bölgəsində hökumət tərəfindən keçirilən hərbi əməliyyatlara cavab olaraq belə bir addım atdıqlarını deyiblər.

Qruplaşma, eyni zamanda, son bir ayda törədilən iki partlayışa görə də məsuliyyəti öz üzərinə götürüb.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

Digər xəbərlər