Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Pakistanda müxalifətin mitinqində 7 nəfər ölüb

Oktyabr 11
19:27 2014

APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, Pakistanın Pəncab əyalətində izdiham zamanı 7 nəfər ölüb, 42 nəfər xəsarət alıb.İnsident müxalifət liderlərindən birinin Multan şəhərində çıxışı zamanı baş verib.

Şəhər təcili yardım xidmətinin nümayəndəsi Pərviz Heydərin bildirdiyinə görə, “Təhrik-e-İnsaf” partiyasının tərəfdarlarının keçirdiyi mitinqdən sonra tibb müəssislərinə 7 cəsəd və 42 yaralı çatdırılıb. Bir neçə zərərçəkənin vəziyyəti ağır kimi qiymətləndirilir.

 Sələf Xəbər: Mərhum şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir: “Şübhə yoxdur ki, mitinqlər və nümayişlər – şərdir! Axı bu kimi hərəkətlər nümayişçilərin başqalarına qarşı özbaşınalıq və anarxiyaya səbəb olur. Bu zaman insanlar, nə dediyini və nə etdiyini anlamayan sərxoşlara bənzədiyinə görə insanların namusuna, mallarına və həyatlarına qəsd edir. Mitinq və tətillər – bunların hamısı şərdir.” (“Likaat Bab əl-məftur” 189).

Digər xəbərlər