Pakistanda ölkənin ən iri məscidi açılıb
Oktyabr 11
17:37
2014
837 dəfə baxılıb
“Sələf Xəbər” İslam Today-a istinadla xəbər verir ki, Pakistanda böyüklüyünə görə dünyada yeddinci olan Baxriya-Taun məscidi açılıb.
Örtülü sahəsinə görə Baxriya-Taun ölkənin ən böyük məscidi oldu.
Laxorda yerləşən məsciddə eyni anda 25 000 dindar namaz qıla bilər. Məscidin 21 günbəzi və 50 metr hündürlüyündə 4 minarəsi var. Tikilinin layihəsinin müəllifi memar Nayyar Əli Dadadır.
Sələf Xəbər: İbadət edənlərin komfortunu və rahatlığını maksimal dərəcədə nəzərə alaraq məscidlərin inşası ən xeyirxah əməllərdən biridir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Kim Allah üçün bir məscid tiksə, Allah da onun üçün eynisini Cənnətdə tikər” (Muslim).