Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Pakistanda qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş

May 08
15:47 2015

Pakistanda içərisində diplomatların olduğu helikopter qəzaya uğrayıb: Norveç və Filippin səfirləri ölüb.

Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb.

“Dawn” qəzeti isə hadisə zamanı Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarının öldüyü barədə xəbər yayıb. Ümumiyyətlə, iki pilot daxil olmaqla, 6 nəfər ölüb. Polşa və Niderland səfirləri isə yaralanıb.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə özünün “Twitter” səhifəsində yazıb ki, qəzaya uğrayan vertolyota Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da minməliymiş.

“Pakistanda vertolyot qəzasında bir neçə ölkənin səfiri həlak olub. Bizim səfirimiz son andakı dəyişikliyə görə vertolyota minməyib”, – deyə H. Məmmədzadə qeyd edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər