Pakistanda qəzaya uğrayan helikopteri “Taliban” yaraqlıları vurub
655 dəfə baxılıb
“Taliban” yaraqlıları Pakistanda qəzaya uğrayan “Mi-17” helikopterinə görə, məsuliyyəti öz üzərinə götürüb.
“Sələf Xəbər” bu barədə AzVision.az-a istinadən xəbər verir.
Terrorçular helikopterin göyərtəsində Pakistanın Baş naziri Navaz Şərifin ola biləcəyini ehtimal edərək onu vurublar.
“Helikopter zenit raketi ilə vurulub, pilotlar və xeyli sayda xarici səfirlər ölüb”, – deyə Talibanın yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, helikopterin vurulması nəticəsində Norveç və Filippinin bu ölkədəki səfirləri, Malayziya və İndoneziya səfirlərinin xanımları həlak olub.
Ümumilikdə qəza nəticəsində pilotlar da daxil olmaqla 6 nəfər ölüb, Polşa və Niderlandın Pakistandakı səfirləri yaralanıblar. Hadisə vaxtı helikopterin göyərtəsində ümumilikdə 11 nəfər olub. Yaralananların vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, 37 ölkənin təmsilçisi Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinə üç helikopterdə uçurmuş.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)