Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Pakistanda sel fəlakətində 37 nəfər dünyasını dəyişib

Aprel 27
16:18 2015

Pakistanın şimal-qərbində baş verən sel daşqınları nəticəsində 37 nəfər ölüb, 200-dən çox insan isə xəsarət alıb.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, güclü leysan yağışları nəticəsində sel daşqını yaranıb. Təbii fəlakət nəticəsində minlərlə insan evsiz qalıb.

Pakistanın İnformasiya naziri Hayber Pahtunva Müştaq Qani fəlakət zonalarında fövqəladə vəziyyət elan olunduğunu, Peşavar vilayətindəki hava limanında bütün uçuşların təxirə salındığını bildirib.

Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)

“Uca Allah bildirir ki, Onun qulları mütləq sınaqlara məruz qalacaqlar və bunun sayəsində doğruçu insanlar yalançılardan, səbirsizlər isə səbirlilərdən fərqlənəcəklər. Uca Allah qulları ilə həmişə belə davranır, çünki möminlər uzun müddət imtahana çəkilmədikdə, onlara yalançılar qoşulmağa başlayır ki, bu da xoşagəlməz nəticələrə aparır. Bax, buna görə Allahın müdrikliyi tələb edir ki, iman sahibləri yaramazlardan ayrılsınlar və sınaqların böyük faydası da elə bundadır. Sınaqlar möminlərin imanına xələl gətirmir və əsil müsəlmanları onların dinindən döndərmir və bununla Allah möminlərin imanının yox olmasına heç vaxt imkan vermir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər