Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Pakistanda Talibana qarşı əməliyyat keçirilib

Oktyabr 31
18:13 2014

“Sələf Xəbər” www.trthaber.com xəbər portalına istinadən, Pakistanın şimali-qərbində yerləşən Xeybər Paktunva əyalətinin Xeybər bölgəsində Taliban terror hərəkatının döyüşçülərinə qarşı həyata keçirilən əməliyyatda 21 döyüşçünün öldürüldüyünü xəbər verir.

Pakistan ordusu tərəfindən verilən açıqlamada, Xeybər bölgəsində yerləşən Spin Kamar qəsəbəsində döyüşçülərlə şiddətli silahlı münaqişə zamanı 8 hərbçinin də şəhid olduğu məlum olub.

Ordu tərəfindən Spin Kamar bölgəsində aparılan axtarışlar zamanı Taliban terror hərəkatının silahlıları ilə meydana gələn atışmada 21 terrorçunun öldürüldüyü, çoxlu sayda döyüşçünün də yaralandığı bildirilib.

Pakistan ordusu 17 oktyabrda Xeybər bölgəsində Taliban döyüşçülərinə qarşı başladığı hərbi əməliyyatlardan bu günə qədər 70-ə yaxın terrorçunu məhv edib. Ordu heyətinin itkiləri isə 24 nəfərə çatıb.

 Sələf Xəbər: “Əbubəkr” məscidinin dini icmasının başçısı Qamət Süleymanov Taliban hərəkatı barəsində soruşulub, cavab olaraq o deyib: “Taliblər, ümumiyyətlə, sufidirlər. Bu cərəyan “dübəndilər” adlanır. Onların sələflərə heç bir aidiyyəti yoxdur. Onların mübarizəsi cihad deyil. Bu yalnız partiyalar arasında mübarizədir. Bu partiyalardan hər birini müəyyən bir ölkə dəstəkləyir. Orada məsələ heçdə dinə deyil, siyasətə aiddir.”

Digər xəbərlər