Pakistandakı terror aktını İŞİD törədib
May 14
14:09
2015
674 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması Pakistanın Karaçi şəhərində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlum olduğu kimi, Karaçidə naməlum silahlılar tərəfindən avtobusun atəşə tutulması nəticəsində 43 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Ölənlər arasında 16 qadının olduğu bildirilir .
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)