Pakistandan Arakan müsəlmanlarına yardım
İyun 10
13:03
2015
679 dəfə baxılıb
Pakistan Cənub-Şərqi Asiyada baş verən immiqrant faciəsində İndoneziya, Malayziya və Taylana sığınan Arakan müsəlmanlarına (Rohingya) 5 milyon dollarlıq qida yardımı edəcəyini açıqlayıb.
“Sələf Xəbər”in A24.az-a istinadən məlumatına görə, bu barədə açıqlama verən Pakistan hökuməti yardımın Dünya Qida Proqramı vasitəsilə yönləndiriləcəyini qeyd edib.
Bu gün, həmçinin Pakistanda Rohingyalıların çəkdiyi zülmü qınayan və beynəlxalq cəmiyyəti bu məsələni müzakirə etməyə çağıran bir təklifin məclisdən keçdiyi bildirilib.
Qeyd edək ki, təklif 12 iyunun Myanmadakı müsəlmanlarla həmrəylik günü elan edilməsini və Pakistanın bu məsələni ölkə rəhbərliyi ilə müzakirəsi üçün Myanmaya bir heyət göndərməsini nəzərdə tutur.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar”. (Müslim, Buxari)