Pakistanlı keçmiş milli təhlükəsizlik işçisi “ABŞ Bağdadini yaxşı tanıyır” deyib
1. 051 dəfə baxılıb
“Sələf Xəbər” www.ensonhaber.com saytına istinadən xəbər verir ki, Sovet işğalı dövründə müqavimət göstərən yerli qruplaşmalara təlim keçmiş pakistanlı milli təhlükəsizlik işçisi Hamid Qul, ABŞ-ın Bağdadinin keçmişindən xəbərdar olduğunu iddia edib.
Hamid Qul, Sovet İttifaqının 1979-1989-cu illər arasında Əfqanıstan işğalına müqavimət göstərən yerli qruplaşmaların Pakistan vasitəsilə silahlandırılması, təlimi və logistikasının təmin edilməsində rol oynayıb.
Qul, İŞİD lideri Əbubəkr əl-Bağdadinin 1988-ci ildə Əfqanıstandakı mücahid düşərgələrində təlim keçdiyini bildirib: “Orada bəzi ərəb gənclər gördüm. Yaxşı ailələr, uşaqlarını yardım göstərmələri üçün mücahidlərin xidmətinə göndərirdilər. Bu uşaqlar kiçik idi, onları heç gənc də hesab etmək olmazdı. Araşdırmalarımın nəticəsi olaraq Bağdadinin də orada olduğuna inanıram”.
“Bağdadini bütün bunlara ABŞ təhrik edə bilər”
ABŞ-ın İraq işğalı dönəmində Bağdadi haqqında əldə etdiyi məlumatları paylaşmamasını dəyərləndirən təqaüdçü general Qul, ABŞ-lı səlahiyyətli şəxslərin çox güman ki, Bağdadinin keçmişindən xəbərdar olduğuna işarə edib.
O həmçinin İraqda həbs edilən Bağdadinin azadlığa buraxıldıqdan sonra çox güman ki, ABŞ tərəfindən qızışdırıldığını bildirib.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD`in etdiyi cihad yox, fitnədir.”