Penitensiar xidmət rəhbərliyi – Həcc vaxtı həbs olunanlar həcclərini tamamlayacaqlar
Sentyabr 09
18:15
2016
1. 075 dəfə baxılıb
Məkkə şəhəri Penitensiar Xidməti rəhbərliyi bildirib ki, həcc vaxtı həbs olunacaq hacılar həcclərini tamamlaya biləcəklər.
Selefxeber.az-ın tvasul.info-ya istinadən məlumatına görə Penitensiar Xidməti rəhbərliyinin rəsmi nümayəndəsi Əyyub bin Nəhit bildirib ki, əgər kimsə həcc mövsimində şəriət əhkamlarına görə etdiyi cinayətlə həccini batil etməyibsə, o adama həccini tamamlamaq üçün şərait yaradılacaq. Belə ki, həmin məhbus Penitensiar Xidmətin müşayiəti ilə müqəddəs yerlərə: Mina, Ərəfa və Muzdəlifəyə aparılacaq, həcc ibadətini bitirdikdən sonra isə həbsxanaya təhvil veriləcəkdir.